“WhatsApp” yeni interfeysi sınaqdan keçirir

“WhatsApp” yeni interfeysi sınaqdan keçirir

“WhatsApp” iOS üçün əlaqə məlumatlarının yer aldığı yeni səhifəni sınaqdan keçirməyə başlayıb.

Yenilik 22.6.0.73 beta versiyasında tətbiq edilib.

Yenilənmiş interfeys avqust ayında biznes hesabları üçün istifadəyə veriləcək.

Yeni əlaqə məlumatı səhifəsində daha böyük zəng düymələri, həmçinin mesajların axtarışı üçün yeni qısayol təqdim ediləcək.

Qeyd olunur ki, bəzi istifadəçilər bu yenilənmiş əlaqə səhifəsini hətta tətbiqin stabil versiyasında da görə bilər.

Mesencer həmçinin “Yaxınlıqda biznes” adlı funksiyanı da tətbiq etməyə hazırlaşır. O, istifadəçilərə restoran, ərzaq mağazaları, geyim mağazaları və s. kimi yaxınlıqdakı biznes nöqtələrini axtarmağa imkan verəcək.