Xiaomi Azərbaycan bazarı üçün yeni model təqdim edəcək

Xiaomi Azərbaycan bazarı üçün yeni model təqdim edəcək

Qlobal texnologiya lideri Xiaomi şirkəti MDB məkanında ilk regional tədbir keçirməyi planlaşdırır. Tədbirin keçirilmə yeri kimi Almatı şəhəri (Qazaxıstan) seçilib. Tədbir aprelin 6-da, şirkətin ad günündə baş tutacaq.

Təqdimat zamanı Xiaomi şirkətinin MDB-dəki rəhbəri Yuy Man və şirkətin digər nümayəndələri region bazarları üçün Redmi Note 12 smartfonlarının yeni seriyasını, eləcə də ənənəyə uyğun olaraq ekosistem cihazları seqmentində yenilikləri elan edəcəklər.

Xiaomi hər il ad günü münasibətilə Xiaomi Fan Festival adlı endirim festivalı keçirir və bu il Azərbaycandakı alıcıları çoxlu xoş sürprizlər gözləyir. Aksiyanın təfərrüatları aprelin 6-da məlum olacaq.