"Adobe Express", "Photoshop" və "Acrobat" "ChatGPT"yə qoşuldu

"Adobe Express", "Photoshop" və "Acrobat" "ChatGPT"yə qoşuldu

"Adobe" şirkəti "Photoshop", "Acrobat" və "Adobe Express" proqramlarının bəzi alətlərini "ChatGPT" platformasına inteqrasiya edib.

Oxu.Az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bu yeniliklər ödənişli abunəliyi olmayan istifadəçilər də daxil olmaqla, bütün istifadəçilər üçün əlçatandır.

"ChatGPT" üzərindən inteqrasiyalardan istifadə etmək üçün bir neçə addımın yerinə yetirilməsi tələb olunur. Belə ki, "Photoshop" üçün istifadə şərtləri ilə razılaşmaq, "Acrobat" və "Adobe Express" üçün isə "Adobe" hesabına daxil olmaq lazımdır.

Bütün funksiyalar "ChatGPT"nin veb versiyasında, eləcə də "iOS" və "macOS" əməliyyat sistemləri üçün nəzərdə tutulan tətbiqlərdə əlçatan olacaq.

"Android" istifadəçiləri isə hələlik yalnız "Adobe Express" imkanlarından yararlana bilirlər. "Acrobat" və "Photoshop" dəstəyi isə daha sonra əlavə ediləcək.