ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

ADY zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

Yanvarın 19-da axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə BusinessTime-a ADY-dən bildirilib.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.