Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
Ağ Şəhərdə yeni rəqəmsal loyallıq kartı — WhiteCard istifadəyə veriləcək.
“WhiteCard” istifadəçilərə Ağ Şəhər ərazisində xüsusi üstünlüklərdən, endirimlərdən və bonus imkanlarından yararlanmaq imkanı təqdim edəcək.
Yeni loyallıq kartı vasitəsilə istifadəçilər tərəfdaş məkanlarda xüsusi endirimlər, bonus və cashback imkanları, eləcə də əlavə üstünlüklər əldə edə biləcəklər.
Layihənin əsas məqsədi Ağ Şəhərdə yaşayan, işləyən və ərazidəki xidmətlərdən istifadə edən şəxslər üçün daha sərfəli və rahat rəqəmsal loyallıq təcrübəsi yaratmaqdır.
Tam rəqəmsal formatda təqdim olunacaq “WhiteCard”ın yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.


