Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası müsabiqə elan edir. Müsabiqə aşağıdakı vəzifələri əhatə edir: 

Kafedranın adı

Vəzifənin adı

(ştat vahidi ilə)

1

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim - 0,5 ştat

2

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim - 0,5 ştat

3

Ədliyyə sahəsində idarəetmə kafedrası

baş müəllim - 0,5 ştat

4

Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası

müəllim - 1 ştat

5

Mülki hüquq və mülki proses kafedrası

professor - 1 ştat

Namizədlər müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə 10 iyun 2026-cı il tarixindən 10 iyul 2026-cı il tarixədək iş günləri və iş vaxtı ərzində Ədliyyə Akademiyasına (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158)  təqdim edə bilərlər. 

Namizədlər ətraflı məlumat almaq üçün (994 12) 493 71 31 nömrəli telefonla əlaqə saxlaya bilərlər.