“Ailələrdə sağlam münasibətlərin formalaşmasına sosial normaların təsiri”

“Ailələrdə sağlam münasibətlərin formalaşmasına sosial normaların təsiri”

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 28 sentyabrda “Çinar Kitab Evi”nin seminar zalında “Ailələrdə sağlam münasibətlərin formalaşmasına sosial normaların təsiri” mövzusunda seminar keşirilib.
 
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.
 
Seminar zamanı ekspertlər - dinşünas Təbriz Qasımov və psixoloq Nuranə Məmmədova gender bərabərsizliyinə yol açan səbəblər və ailələrdə sağlam münasibətlərin formalaşmasına sosial normaların təsiri mövzusunda danışııblar.
 
Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.