AMB dayanıqlı maliyyə hesabatı açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatı açıqlayıb.

BusinessTime bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan hesabat, maliyyə sektorunda şəffaflığın artırılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin geniş ictimaiyyətə açıqlanması məqsədilə hazırlanıb, 4 əsas bölmədən ("İqlim dəyişikliyi və ölkənin dayanıqlığı", "dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası", "AMB və dayanıqlılıq", "2026-cı il üzrə hədəflər") ibarətdir.

2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatını nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır.