MİDA yaşayış kompleksləri ilə bağlı tenderə start verdi

MİDA yaşayış kompleksləri ilə bağlı tenderə start verdi

MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) MMC yeni satınalma müsabiqəsi elan edib.

Valyuta.az xəbər verir ki, tender yaşayış komplekslərində istismarda olan nasosxana avadanlıqlarına texniki xidmət göstərilməsi və təmir işləri ilə bağlıdır.

Müsabiqənin ehtimal olunan dəyəri 125 min 319,79 manat təşkil edir. Sənədlərin son təqdim olunma tarixi isə iyunun 9-dur.

Qeyd edək ki, MİDA-nın nizamnamə kapitalı 10 milyon manatdır. Qanuni təmsilçisi isə Fərhad Təhməzov İlahi oğludur.

Xatırladaq ki, MİDA vətəndaşların güzəştli və əlçatan mənzil əldə etməsi məqsədilə yaradılmış dövlət qurumudur.