AMB: Maliyyə sektorunun aktivləri artıb
Bu ilin I yarımilində Azərbaycanın maliyyə sektorunun aktivləri 7 faiz və ya 3,8 milyard manat artaraq 60 milyard manat təşkil edib.
Bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bu artımın 3,7 milyard manatı bank sektorunun, 93 milyon manatı isə sığorta şirkətlərinin hesabına olub.

