AMEA müsabiqə elan edib

AMEA müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq AMEA Rəyasət Heyətinin növbəti iclasında akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərar qəbul olunub.

Bu barədə  AMEA-dan məlumat verilib. Müsabiqənin şərtləri AMEA-nın saytında yerləşdirilib.