Dövlət Bayrağı haqqında yeni standart qəbul edilib
![Dövlət Bayrağı haqqında yeni standart qəbul edilib](https://azertag.az/files/2023/3/1200x630/1699260310658036649_1200x630.jpeg)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.
AZSTAND-dan bildirilib ki, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.