Aqroservis ASC-ə yeni sədr təyin edilib - DOSYE

Aqroservis ASC-ə yeni sədr təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətində yeni sədr təyin edilib.

BusinessTime-ın əldə etdiyi məlumata görə, quruma bundan sonra Mehman Veysəlov rəhbərlik edəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Mehman Veysəlov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Mehman Veysəlov bundan əvvəl Azərbaycanda 8 şirkətə sahib olan “Modern” Şirkətlər Qrupunun rəhbəri vəzifəsində çalışırdı. Daha əvvəl isə “KPMG Azerbaijan” audit şirkəti, “Ceylan” MMC və bir neçə audit və konsultant sahəsi üzrə fəaliyyət göstərən sahələrdə müxtəlif yüksək vəzifələrdə çalışıb.

Azad Cəfərov