ASA xeyriyyə aksiyası keçirib

ASA xeyriyyə aksiyası keçirib

Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin "Uşaq əməyinin istismarına qarşı mübarizə" çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq altıncı ildir ki, təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.

ASA-nın "Daha sağlam və sığortalı gələcək üçün" şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta şirkətləri olan "A-Qroup Sığorta Şirkəti" АSC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Həyat" Sığorta ASC, "Xalq Sığorta" ASC, "Qala Həyat" Sığorta Şirkəti ASC, "Qala Sığorta" ASC, "Meqa Həyat" Sığorta ASC, "Meqa Sığorta" ASC, "PAŞA Həyat Sığorta" ASC, "PAŞA Sığorta" ASC də qoşulublar.

Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları və sifarişlə hazırlanmış məktəbli formaları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı ümumilikdə 64 nəfər məktəbliyə tədarük edilib.