İnnovasiya və Təchizat Mərkəzi” 10,7 milyon manatlıq tender elan edib
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tender elan edib.
Tender Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının binasının və yardımçı korpuslarının əsaslı təmiri və yenidən qurulması, həmçinin həyətyanı ərazisində abadlıq işlərinin aparılması ilə bağlıdır.
Satınalmanın ehtimal olunan dəyəri 10 milyon 689 min 586,02 manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu noyabrın 17-dək davam edəcək. (Valyuta.az)


