Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Əhməd Vəliyevlə bağlı

Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

BusinessTime xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama görə, o, Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, noyabrın 29-da Ə.Vəliyevin 80 yaşı tamam olur. O, hazırda Odlar Yurdu Universitetinin rektorudur.