Rəsmi məzənnə: 100 Rusiya rublu 0,95 faiz bahalaşaraq 2,0757 manat olub
Rəsmi məzənnəyə əsasən, 100 Rusiya rublu 2,0757 manat təşkil edib. ABŞ dollarının məzənnəsi dəyişməyib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə əsasən, 100 Rusiya rublu 0,95 faiz bahalaşaraq 2,0757 manat olub. Bu barədə BusinessTime Mərkəzi Banka istinadən xəbər verir.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Avro isə 0,11 faiz bahalaşaraq 1,8652 manata yüksəlib.


