“Astara” ES-də nə qədər elektrik enerjisi istehsal edilib?

“Astara” ES-də nə qədər elektrik enerjisi istehsal edilib?

“Astara” modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək 4,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən bildirilib ki, açılışı 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində olan stansiyanın ümumi gücü 87 meqavat olmaqla, hər biri 8,7 meqavat gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.

Stansiyada elektrik enerjisinin istehsalı 2020-ci ildə 291,1 milyon kilovat-saat, 2021-ci ildə 309,1 milyon kilovat-saat, 2022-ci ildə 278,2 milyon kilovat-saat, 2023-cü ildə isə 286,8 milyon kilovat-saat təşkil edib.

Cari ilin yanvar ayında stansiyada elektrik enerjisi istehsalı 24,4 milyon kilovat-saat olub.