Atıcılıq Federasiyasi gömrük qaydalarını pozdu

Atıcılıq Federasiyasi gömrük qaydalarını pozdu

"Atıcılıq (stend və güllə atıcılığı) Federasiyasi" İctimai Birliyinə inzibati protokol yazılıb.

Dövlət Gömrük Komitəsi Birlik barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 İş Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Pravda.az