“AzSığorta”nın ödənişləri AZALDI
“AzSığorta” ASC-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə sığorta ödənişlərinin həcmini açıqlanıb.
BusinessTime bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin həyata keçirdiyi ödənişlərin həcmi 789 min manat təşkil edib.
Bununla da, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 25,6% azalıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun ayları üzrə sığorta ödənişləri 1 milyon 61 min manat olub.
Qeyd edək ki, 2006-ci ildə qeydiyyata alınan “AzSığorta” ASC-nin nizamnamə kapitalı 14 milyon 7 min manatdır. Qanuni təmsilçisi isə Yusif Soltanov Rəhim oğludur.


