Azera Holdinq Xankəndidə ilk məhsul bayramını təşkil etdi

Azera Holdinq Xankəndidə ilk məhsul bayramını təşkil etdi

Xankəndidə ilk Məhsul Bayramı keçirilib.

Xankəndi şəhərində Azera Holdinq şirkətlər qrupu tərəfindən keçirilən Məhsul Bayramı böyük marağa səbəb olub.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin məhsullarının tanıdılması, istehsalçı ilə istehlakçılar arasında birbaşa əlaqələrin qurulması və yerli brendin ziyarətçilərə təqdim olunması məqsədilə təşkil olunan tədbirdə “Kraun Ko-R” və “Agro Lid” şirkətlərinin istehsalı olan müxtəlif taxıl məhsulları və meyvə-tərəvəzlərdən ibarət kiçik sərgi təşkil olunub.

Tədbir çərçivəsində “Kraun Ko-R” və “Agro Lid” şirkətlərinin məhsul mövsümündə fəal iştirakı ilə fərqlənən əməkdaşları təltif olunublar. Məhsul bayramı konsert proqramı ilə davam edib.