Aqrar İnnovasiya Mərkəzi tərəfindən YUBİLEY FESTİVALI BAŞ TUTDU

Aqrar İnnovasiya Mərkəzi tərəfindən YUBİLEY

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 90-cı yubiley Aqrar Biznes Festivalı Neftçala rayonunda baş tutdu.

Yubiley tədbiri  çərçivəsində müxtəlif kənd təsərrüfatı texnikaları və müasir aqrar texnologiyalar, bitki mühafizə vasitələri, ağıllı suvarma sistemləri, ting və toxum nümunələri sərgilənib. Ziyarətçilərə ölkənin aqrar innovasiya potensialı, müasir istehsal mexanizmləri və fermer təsərrüfatlarında tətbiq edilən yeni texniki həllər barədə informasiya təqdim edilib.

BusinessTime.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Onun sözlərinə görə, festivalda müxtəlif aqrar startapçılar da iştirak edərək innovativ həllərini və tətbiq etdikləri texnologiyaları nümayiş etdiriblər. Gənc startapçılar akvakultura və aqrar texnologiyalar üzrə hazırladıqları layihələri təqdim edəcək, sahə üzrə yeni həllər, rəqəmsal tətbiqlər və müasir idarəetmə modelləri üzrə ideyalarını paylaşıblar. Bu, sektorda innovasiya potensialının daha da inkişafına və startapların real bazara inteqrasiyasına mühüm töhfə verəcək.

Qeyd edəkk ki, Neftçala rayonunda ölkənin balıqçılıq və akvakultura sektorunun potensialını nümayiş etdirmək, sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlığı gücləndirmək və müasir texnologiyaların tətbiqini təşviq etmək məqsədilə I Balıq Festivalı keçirilib. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.