Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçib

Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ili 349 milyon 113 min manat mənfəətlə başa vurub. Halbuki, AMB 2022-ci ildən 63 milyon 955 min manat zərərlə çıxmışdı.

Bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il AMB-nin faiz gəlirləri 515 milyon 327 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), faiz xərcləri 299 milyon 649 min manat (78,4 % çox), haqq və komissiya gəlirləri 28 milyon 371 min manat (12,5 % az), haqq və komissiya xərcləri 3 milyon 330 min  +manat (10 % az), sair əməliyyat gəlirləri 1 milyon 116 min manat (96,3 % az), sair əməliyyat xərcləri 113 milyon 320 min manat (1,6% az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47 milyon 892 min manat (18,9 % az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2 milyon 974 min  manat (əvvəlki il olmayıb), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34, milyon 465 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101 milyon 931 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə zərəri 4 milyon 320 min manat (əvvəlki il gəlir olub), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13 milyon 548 min manat (2,95 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 48 milyon 801 min manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə gəlirləri 914 min manat (77,64 % az), digər zərəri isə 25 milyon 137 min manat (əvvəlki il gəlir olub) təşkil edib.

Azərbaycan Mərkəzi Bankı aktivlərini 13 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur.

AMB-nin aktivlərinin 27 milyard 47 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.