Azərbaycan xarici ölkələrdən 166 milyon dollarlıq şəkər idxal edib
Azərbaycan bu ilin yanvar-iyul aylarında 166,6 milyon dollar dəyərində şəkər idxal edib.
BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər idxalına çəkilən xərc illik müqayisədə dəyər baxımından 10,5% çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər idxalının qeyri-neft sektorununun idxalında xüsusi çəkisi 1,69% təşkil edib.


