Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 %-dən çox artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı

Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 % artaraq 895 263 təşkil edib.

BusinessTime bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-avqust ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,2 % artaraq 62 104 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 5,5 % artımla 245 650 təşkil edib.