Kapital Bankda nə baş verir?
"BirBank" tətbiqində problem yaranıb Axşam tərəfi Birbank-da istifadəçilər kartlarını bu tətbiqdə silinmiş olaraq görürdülər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib.
Hazırda isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş çıxır. Birbank da tətbiqdə problem olduğunu təsdiqləyib.
Xatırladıram ki , bir neçə gün öncə “Kapital Bank” brendi tam olaraq “Birbank” a keçib. Düşünmək olar ki keçidlə bağlı hazırlıqlar yetərli olmayıb. Kiber hücum da istisna olunmur. Hazırda yenidən sistemə daxil olduqda əlavə olunmuş kartlar görsənmir.
Bir müddət öncə "Birbank" həmçinin SMS bildirişləri üzrə aylıq xidmət haqqını da 1 manatdan 3 manata qaldıracağını elan edib.
İKT üzrə ekspert
Osman Gündüz

