Azərbaycanda prezident seçkiləridir

Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləridir.

Səsvermə səhər saat 8.00-dan başlayır, 19.00-da isə yekunlaşır.

MSK tərəfindən 7 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Qeyd edək ki, bu gün keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Həmçinin, prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.