Keçmiş səfir vəfat edib

Keçmiş səfir vəfat edib

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.
BusinessTime xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

"Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - XİN-in səhifəsində bildirilib.

qeyd edək ki, E.Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.