Azərbaycanda yeni bankın yaradılması təklif edilir

Azərbaycanda yeni bankın yaradılması təklif edilir

Azərbaycanda yeni bankın yaradılması təklif edilir.

Bunu deputat Əli Məsimli Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Ə.Məsimli bildirib ki, kənd təsərrfüatı sahəsinin inkişafını dəstəkləmək üçün Aqrar Sənaye Bankının yaradılması və bu sahədə fəaliyyət göstərən insanlara daha aşağı faizlərlə kreditlərin verilməsi məqsədəuyğun olar.

İqtisadiyyat.az