Azərbaycanın gübrə ixracından gəliri 78% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 89,9 milyon dollar dəyərində 408,6 min ton azot gübrəsi ixrac edib.
BusinessTime.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 78,4% çoxdur.
Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 2 dəfə çoxdur.