“AzerGold”un avtomobilləri satışa çıxarılır

“AzerGold”un avtomobilləri satışa çıxarılır

14 aprel tarixində dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılacaq. Satışa çıxarılan avtomobillər “AzerGold” QSC, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin balansında olan avtomobillərdi.

“AzerGold”a məxsus 5 ədəd "Toyota Hılux" markalı minik avtomobili satışa təqdim olunacaq.

Avtomobillər 2012 və 2011-ci il buraxılışlıdır. Nəqliyyat vasitəsinin start qiyməti 50 000 manat, 10 faiz beh məbləği isə 5 000 manat müəyyən edilib. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus 6 ədəd minik avtomobili də satışa təqdim ediləcək. Bunlar 2013-cü il buraxılışlı "Mıtsubıshı Lancer" (start qiyməti 4 000 manat), 2009 və 2010-cu il buraxılışlı "Chevrolet Nıva" modelləri (müvafiq olaraq 2 800 və 3 000 manat), 2005-ci il buraxılışlı "Nıssan Maxıma" (3 000 manat), 2008-ci il buraxılışlı "Nexıa" (2 200 manat) və 2011-ci il buraxılışlı "Nıssan Teana" (5 000 manat) markalı avtomobillərdir. Hərrac şərtlərinə uyğun olaraq hər bir nəqliyyat vasitəsi üçün 10 faiz beh nəzərdə tutulub. “AzerGold” və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus nəqliyyat vasitələri ikinci dəfə təkrar hərraca çıxarılır.

Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin balansında olan 3 ədəd 2019-cu il buraxılışlı "Khazar Peugeot" markalı minik avtomobili də hərraca çıxarılacaq. Avtomobillərin start qiymətləri 4 100 manatdan 5 125 manatadək dəyişir. Müvafiq olaraq beh məbləği 410–512,50 manat təşkil edir. Qeyd edək ki, nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. (Valyuta.az)