Bu bölgələrdə işığın verilişində fasilə olacaq

Bu bölgələrdə işığın verilişində fasilə olacaq

Bu gün saat 14:00-dan 17:00-dək Masallı rayonunun ərazisinin bir sıra hissələrində və Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.

Bu barədə BusinessTime "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, fasiləyə səbəb Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq "Masallı" yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işlərinin aparılmasıdır.