“Bakcell” tarifləri kəskin artırdı - FOTO

“Bakcell” şirkəti "YeniDoğma" və "DoğmaCIN" tarifləri üzrə yeni qiymətlər müəyyən edib.

BusinessTime” xəbər verir ki, fevralın 23-dən etibarən bölgələrdən ölkədaxili zəng xidmətinin dəqiqəsi 0,10 AZN, Bakı, Sumqayıt, Abşerondan isə 0,14 AZN təşkil edəcək.

Qeyd edək ki, hazırda “YeniDoğma” tarifi üzrə regionlardan ölkədaxili zənglərin dəqiqəsi 0,07 AZN, Bakı, Sumqayıt, Abşerondan isə şəbəkədaxili zənglərin qimyəti 0,08 AZN-dir. Bu isə faktiki olaraq adıçəkilən tarif üzrə 43% və 25% artım deməkdir.

"DoğmaCİN" tarifində isə bölgələrdən ölkədaxili zəng xidmətinin dəqiqəsi 43%, Bakı, Sumqayıt, Abşerondan isə şəbəkədaxili zəng xidmətinin dəqiqəsi isə 100% yaxud 2 dəfə artıb.

Qeyd edək ki, qurum təyin olunacaq yeni qiymət dəyişikliyi nəticəsində zənglərin keyfiyyətinin artırılması ilə yanaşı, abunəçilər üçün şəffaf qiymət modeli və xidmətlərdən rahat istifadə imkanlarının təmin olunacağını açıqlayıb.

Qeyd edilən tariflər üzrə mövcud şərtlər aşağıdakı kimidir: