İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində ixtisarlar başladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində ixtisarlar aparılır.
BusinessTime.az-ın əldə etdiyi məlumata görə, ixtisarlar yeni rəhbərlik təyinatından sonra baş verib.
Mövzu ilə bağlı İKT üzrə ekspert Osman Gündüz də münasibət bildirib.
"Görünən odur ki, İRİA-da “təmizləmə” başlanıb. Vəzifəsindən azad olunanlar var. Əlbəttə, rəhbərlik dəyişiləndən sonra bu tip addımlar qaçılmaz olur. Yeni rəhbərlik yeni də tələblər deməkdir. Amma nəzərə almaq lazımdır ki, bizim sektorda peşəkar kadrlar uzun müddətə, çətinliklə formalaşır.Odur ki, əməkdaşlara yanaşma da ilk növbədə peşəkarlıqla, işinin öhdəsindən gələ bilmək bacarığı ilə ölçülməlidir. İRİA-da sektoru dərindən bilən, peşəkar kadrlar da var. "
Qeyd edək ki, bu ilin yanvarın 16-da Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi.

