Bakı metrosu Fransa şirkəti ilə alış-verişə başlayıb

Bakı metrosu Fransa şirkəti ilə alış-verişə başlayıb

“Bakı Metropoliteni” QSC Fransanın dünyaca məşhur şirkəti ilə əməkdaşlığa başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, “Hitachi Rail GTS France SAS” şirkətidir.

Məlumata görə, “Bakı Metropoliteni” QSC sözügedən şirkətlə alqı-satqı müqaviləsi bağlayıb.

Müqavilədə metronun işarəvermə və rabitə xidməti üçün SK30K tipli ox sayğacı başlığların satınalınması nəzərdə tutulur.

Qeyd edək ki, “Hitachi Rail GTS France SAS” yerüstü nəqliyyat sistemləri, o cümlədən siqnalizasiya və magistral dəmir yolu şəbəkələri üçün texniki xidmət sahəsində ixtisaslaşmış şirkətdir.