“AFEN Plaza”da güclü partlayış baş verib - yaralılar var - FOTOLAR

“AFEN Plaza”da güclü partlayış baş verib

Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

Hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın hadisə yerindən çəkdiyi fotoları təqdim edirik: