Təyyarədə oturacaq dəyişmək artıq pulludur - YENİ QƏRAR
"Lufthansa" aviaşirkəti iyulun 1-dən etibarən uzaq məsafəli uçuşlarda qeydiyyat zamanı sərnişinlərə təyin edilən oturacağın dəyişdirilməsi üçün ödəniş tətbiq edib.
Plat.az xarici mediaya istinadən xəbər verir ki, yeni qayda "Lufthansa Group"a daxil olan aviaşirkətlərin bəzi "Ekonom" və "Premium-Ekonom" tariflərinə şamil olunur. Ödənişin məbləği uçuş istiqaməti, yola düşmə yeri və bron vaxtından asılı olaraq dəyişəcək.
Bu qərar böyük aviaşirkətlərin də əlavə xidmətlərdən gəlir əldə etmək üçün aşağıbüdcəli şirkətlərin modelinə yaxınlaşdığını göstərir.


