Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayır
Bakı 25 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 25 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
3 dekabr 2025-ci il tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar Bakı 25 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Bakı 25 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Ünvan: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, Ev 15, mənzil 2 (Neftçilər metrosunun yaxınlığı)
Email: [email protected]
Telefon: +994 (50) 825 00 25

