Bakıda abadlıq və təmir işlərinə 59,2 milyon manat xərclənəcək
“Baki Şəhər Əsasli Tikinti Və Təmir” MMC tender elan edib.
BusinessTime xəbər verir ki, müsabiqə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmir işlərinin davam etdirilməsinin satın alınmasını nəzərdə tutur.
Tenderin ehtimal olunan dəyəri 59 milyon 199 min 299,33 manat təşkil edir.
Satınalma üzrə tender prosesi 5 noyabr tarixinədək davam edəcək. (Valyuta.az)


