SOCAR Qrupunun şirkətində yeni TƏYİNAT

SOCAR Qrupunun şirkətində yeni

Fuad İmanov “EURASIA Transport and Terminals Company”də yeni vəzifəyə təyin olunub.

Fuad İmanov 2026-cı ilin oktyabrından etibarən şirkətdə baş direktor müavini vəzifəsini icra etməyə başlayıb.

O, 2023-cü ilin mayından şirkətdə maliyyə direktoru vəzifəsində çalışıb.

Fuad İmanov 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2010–2011-ci illərdə Bristol Universitetində İqtisadiyyat, Maliyyə və Menecment üzrə magistr təhsili alıb.

Xatırladaq ki, “Eurasia Transport and Terminals Company” MMC (ETTC) neft və neft-kimya məhsullarının daşınması və aşırılması xidmətlərini həyata keçirən, xüsusilə Orta Dəhliz üzrə bu məhsulların logistikasında ixtisaslaşmış SOCAR Qrup müəssisəsidir.

Şirkət neft və neft-kimya məhsullarının daşınması və aşırılması ilə yanaşı, logistika proseslərinin koordinasiyası, əməliyyat və kommersiya fəaliyyətləri arasında əlaqələndirmənin təmin edilməsi, həmçinin tranzit yük axınlarının optimallaşdırılması istiqamətində fəaliyyət göstərir.

Banker.az