Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edib.

Sərginin rəsmi açılışından öncə AADA üzvləri Ulu Öndər, müasir Azərbaycanın banisi Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi avto-yürüşü təşkil ediblər. Ekoloji avtomobil karvanı paytaxt küçələrində fəxri dövrə vurduqdan sonra “Yaşıl ölkə” sərgisinə qatılıblar.

“Park Bulvar” AVM ərazisində qurulan ekspozisiyada rəsmi dilerlərin təqdimatında ən müasir elektrik nəqliyyat vasitələri nümayiş olunub.

 Sərginin təşkilatı dəstəkçisi Azərbaycan Avtomomobil Federasiyası (AAF) olub.