Bakıda oğurlanan 2 yaşlı uşaq tapılıb - saxlanılanlar var
![Bakıda oğurlanan 2 yaşlı uşaq tapılıb - saxlanılanlar var](https://businesstime.az/uploads/images/2022/01/image_750x_61d9c69af07fd.jpg)
Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
Bu barədə BusinessTime-a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.