Chery Fulwin T7 krossoveri təqdim olunub

Chery Fulwin T7 krossoveri təqdim olunub

Chery elektrikləşdirilmiş Fulwin model xəttinin yeni üzvü olan Fulwin T7 krossoverini təqdim edib.

Yeni model Çin bazarında tam elektrik güc qurğusu ilə satışa çıxarılacaq. Digər bazarlarda isə avtomobil Lepas L6 EV adı altında təqdim ediləcək.

Modelin benzin mühərrikli versiyası da mövcuddur. Bu versiyanın yaxın vaxtlarda Rusiya bazarında Tenet Plus L6 adı ilə satışa çıxarılması planlaşdırılır.

Şirkətin məlumatına görə, Chery Fulwin T7-nin Çində satışına yaxın günlərdə başlanacaq.