Bu dövlət qurumu “Bakcell”ə 1600 manat ödəyəcək

Bu dövlət qurumu “Bakcell”ə 1600 manat ödəyəcək

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Bakcell” MMC-yə 1 571,76 manat ödəyəcək.

BusinessTime xəbər verir ki, bununla bağlı iki qurum arasında müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə görə, şirkət bunun qarşılığında dövlət qurumuna mobil rabitə xidmətləri göstərəcək.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma bir mənbədən həyata keçirilib.