Elmar Allahverdiyev: Bu il yeni sortlar təqdim edəcəyik
Bu il bəzi göyərtilərin yeni sortlarını təqdim edəcəyik. Həmçinin istixanada yetişdirmək üçün tərəvəzlərdən bir neçəsi rayonlaşdırılacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev söyləyib.
“Bundan başqa, hibrid istixanalar üçün nəzərdə tutulmuş pomidor sortlarımız rayonlaşdırılmalıdır. Bu sortlar seleksiya nailiyyətlərinin qeydiyyatı komissiyasına təqdim olunub. Eyni zamanda, açıq sahə üçün nəzərdə tutulmuş badımcan, pomidor və şirin bibərin yeni sortlarının yaradılması planlaşdırılır”, - deyə o əlavə edib.