Bu şəxslərə mənzil veriləcək

Lənkəran rayonunda 2 ədəd 3 otaqlı və Siyəzən rayonunda 1 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisinə 268 111 manat sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti “Şəmkir Tikinti-18” ASC ilə müqavilə bağlayıb.
Görüləcək işlərin ehtimal edilən qiyməti 276 316 AZN olub.