Cəbrayılda yeni dəmir yolu xətti qurulur - 18 milyon manat
Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə açıq tender elan olunub.
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən həyata keçirilən satınalmanın ehtimal olunan qiyməti 18 milyon 44 min manat təşkil edir.
Bildirilir ki, layihə çərçivəsində müxtəlif dərinlikdə quyuların qazılması, süxurların kənarlaşdırılması, qazma baltalarının tədarükü və elektroqaynaq kimi tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulur. (plat.az)


