Daha 3 vəkilin fəaliyyəti tamamilə dayandırıla bilər

Daha 3 vəkilin fəaliyyəti tamamilə dayandırıla bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.
1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə isə töhmət verilib.