Deputat yol polisinə etiraz etdi: "Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən"

"Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma".
BusinessTime xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev özünün Facebook hesabında paylaşımında qeyd edib.
R.Nurullayev “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısına daxil olan fərdi nəqliyyat vasitəsi sahiblərinin yol polisi tərəfindən cərimələnməsinin doğru olmadığını bildirir
"Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Mən də bunu bəyənirəm.
Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər.
Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil"-deyə o, əlavəe dib.