ABŞ dolları avro qarşısında ucuzlaşıb
ABŞ dollarının məzənnəsinin digər əsas dünya valyutalarına nisbətdə artımı ləngiyib, Avropanın əsas valyutasına nisbətdə isə azalıb.
Avronun dollara qarşı məzənnəsi 0,9951 dollaradək artıb. Dolların indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21% azalaraq 109,59 bənd təşkil edib. Xatırladaq ki, ötən gün indeks 110,05 bəndə çatmışdı, bu isə 2002-ci ilin iyun ayından sonra ən yüksək göstəricidir.
İnvestorlar ABŞ-ın xidmət sektorunda (Services ISM) işgüzar aktivlik indeksinin açıqlanmasını gözləyirlər. Analitiklər avqustda indeksin iyuldakı 56,7%-dən 55,1%-ə enəcəyini gözləyirlər.